İraqın şimalındakı Süleymaniyyə şəhərindəki Kormor Qaz Bazasına bomba yüklü pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumu həyata keçirən PUA daha sonra vurulub. Hücumla bağlı KRG tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Anadolu Agentliyinin yerli mətbuata istinadən verdiyi xəbərə görə, qeyd edək ki, Kormor Qaz Mexanizmi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mərkəzli enerji şirkəti Dana Gas tərəfindən idarə olunur.
Əfsanə
Manşet.az