Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana rəsmi səfər edəcək.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Paşinyan səfəri çərçivəsində gürcü həmkarı İrakli Qaribaşvili ilə görüş keçirəcək, eləcə də Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Komissiyanın iclasında iştirak edəcək.