İngiltərədə 2 yaşlı Bronson Battersby günlərlə atasının cəsədinin yanında tək qaldıqdan sonra aclıqdan ölüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bronsonun atası, 60 yaşlı Kennet Linkolnşirdəki evin zirzəmisində ürək tutmasından ölüb.
Oğlu Bronson isə atasının cəsədinin yanında qaranlıqda və soyuqda tək qalıb.
Bronson Sosial Xidmətlərin himayəsində olub. Yanvarın 2-də və 4-də sosial işçilər evi ziyarət edib, ancaq qapını açan olmayıb. Onlar yanvarın 9-da polisə məlumat veriblər.
Polis evdə ata və oğulun meyitləri ilə qarşılaşıb.
Bronson atasının cəsədinin üstündə bükülmüş vəziyyətdə tapılıb.
Yarılma zamanı Bronsonun aclıq və susuzluqdan öldüyü müəyyən edilib.
Atanın dekabrın 29-dan əvvəl öldüyü güman edilir.
Rəsmilərin səhlənkarlığı araşdırılır. Ata və oğulun qonşuları və qohumları tərəfindən axtarılmaması da ölkədə təcridin nə dərəcədə artdığını göstərib.
Əfsanə
Manşet.az