İsrailin milli hava yolu şirkəti El Al Cənubi Afrikaya uçuşları mart ayının sonundan etibarən dayandırmaq qərarına gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu qərarın Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) qaldırdığı soyqırım işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarın açıqlanmasından saatlar əvvəl qəbul edilməsi diqqət çəkib.
Jerusalem Post qəzeti şirkət daxilindəki mənbəyə əsaslanaraq verdiyi xəbərdə, israillilərin El Alın təhlükəsizlik vəziyyəti və Haaqa davası səbəbiylə Cənubi Afrikaya səyahət etmək istəmədiyini, bunun əvəzinə Tokio, ABŞ və Tayland kimi yeni istiqamətlərə üstünlük verdiyini bildirib.
Əfsanə
Manşet.az