Amerikalı müğənni Teylor Swiftin süni intellektin yaratdığı seksual fotoları sosial mediada sürətlə yayılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, fotolar, xüsusən Twitter-də sürətlə yayılıb və milyonlarla izlənib. Lakin şəkillər platforma tərəfindən silinib.
Bu hadisə sənətçinin bütün dünyada milyonlarla pərəstişkarını narahat edib.
Hələlik mövzu ilə bağlı rəsmi açıqlama verilməsə də, bu cür süni intellekt məhsullarının sənətçilərin şəxsi həyatını təhdid etdiyi bir həqiqətdir.
Onun ədəbsiz fotoları dərc edildikdən sonra Teylorun ətrafı lazımi məhkəmə addımlarını atacaqlarını bildirib.
Əfsanə
Manşet.az