Pakistandan təhlükəli Əfqanıstan çıxışı

17:45 - 26 Yanvar 2024

Pakistandan təhlükəli Əfqanıstan çıxışı

Pakistan Quru Qoşunları Komandanı general Asim Munir paytaxt İslamabadda universitet tələbələri ilə keçirilən iclasda Hindistan, İran və Əfqanıstanla bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, general "Bir pakistanlının təhlükəsizliyi və güvənliyi təhlükə altında olduqda, bütün Əfqanıstan viran qala bilər" deyib.

Pakistanın 50 ildir 5 milyon Əfqanıstan vətəndaşını qidalandırdığına diqqət çəkən Munir, "Uşaqlarımıza gəlincə, onlara hücum edənlərin arxasınca gedəcəyik" ifadələrini işlədib.

Munir, Bəlucistandakı separatçı hərəkatların uzun müddətdir Əfqanıstan tərəfindən dəstəkləndiyini iddia edərək, Kabilin Pakistana heç vaxt dostluq nümayiş etdirmədiyini müdafiə edib.

Pakistanın müstəqillik əldə etdikdən sonra Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olmasına yalnız Əfqanıstanın qarşı çıxdığını xatırladan Munir Pakistan xalqının tarix öyrənmədiyini qeyd edib.

İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Taliban administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edib.

Əfsanə

Manşet.az


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az