Ukraynalıları daşıyan avtobus aşdı - 20 nəfər xəsarət aldı

23:59 - 27 Yanvar 2024

Ukraynalıları daşıyan avtobus aşdı - 20 nəfər xəsarət aldı

Polşada Ukraynadan gələn sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

 

Manset.az “TVN24” telekanalına istinadən verdiyi məlumata görə, qəza səhər saat 4 radələrində Lyublin voyevodasının Qolubye kəndi yaxınlığındakı yolda baş verib.

Qarlı və buzlu yolda döngədə yoldan çıxaraq aşan avtobusda 59 sərnişin və iki sürücü - hamısı Ukrayna vətəndaşları olub.

Onlardan 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Avtobus Odessa-Varşava marşrutu ilə hərəkət edirdi.

Ukrayna Xarici İşlər Nazirliyinin Polşadakı nümayəndəsi bildirib ki, qəza nəticəsində 20 ukraynalı yaralanıb.

Yaralılara lazımi tibbi yardım göstərilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az