İstanbul kilsəsinə silahlı hücum edən iki nəfərdən biri saxlanılıb.
Manset.az xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.
Məlumata görə, polis hücum edən şəxsi yaxalayıb, digər şəxsin axtarışları davam edir.
Qeyd edək ki, yerli vaxtla saat 11:40 radələrində Sarıyer rayonundakı Müqəddəs Məryəm kilsəsinə hücum edilib. İki maskalı şəxs atəş açaraq 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşını öldürüb.
İstanbul prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hücum edən şəxslərin həbs oluncağını vəd edib.