Bu ölkə elektron siqaretləri qadağan etmək qərarına gəlib

12:17 - 29 Yanvar 2024

Bu ölkə elektron siqaretləri qadağan etmək qərarına gəlib

Tütün və elektron siqaretlə mübarizədə İngiltərə bütün elektron siqaret satışına müxtəlif məhdudiyyətlər tətbiq edəcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ilk addım olaraq onun uşaqlara satışı qadağan olunacaq.

İngiltərə Baş Nazirinin 10 nömrəli ofisindən verilən açıqlamada son üç ildə elektron siqaretdən istifadə edən uşaqların sayının üç dəfə artdığı, 11-15 yaş arası uşaqların yüzdə 9-unun elektron siqaretdən istifadə etdiyi bildirilib.

Son 2 ildə birdəfəlik elektron siqaretdən istifadə edən 11-17 yaşlı uşaqların sayı 9 dəfə artıb.

Elektron siqaretlərin ətri azalacaq, qablaşdırmalar daha az nəzərə çarpacaq və marketlərdə göz qabağında satılmayacaq.

Açıqlamada, həmçinin, uşaqlara tərkibində nikotin olan siqaret olmayan məhsulların satışının qadağan ediləcəyi də qeyd edilib.

Bu məhsulları uşaqlara satanların 2500 funt sterlinq cərimələnəcəyi bildirilib.

Ölkə daxilində elektron siqaret qaçaqmalçılığı və satışı ilə mübarizə üçün 30 milyon funt sterlinq büdcə ayrılacağı bildirilib.

Keçən il açıqlanan qərarlarla İngiltərə hökuməti 2009-cu ildən sonra doğulanların ömürləri boyu tütün və elektron siqaret məhsulları ala bilməməsi üçün hər il siqaret alma yaşının artırılması da daxil olmaqla bir sıra tədbirlər görüb.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az