Doğuşdan sonra başqa ailələrə satılan əkizlər bir-birini TikTok-da tapdı

13:11 - 29 Yanvar 2024

Doğuşdan sonra başqa ailələrə satılan əkizlər bir-birini TikTok-da tapdı

Gürcüstanda doğulandan sonra başqa ailələrə satılan əkizlər Amy və Ano bir-birlərini 19 il sonra televiziya proqramı və TikTok videosu vasitəsilə tapıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2002-ci ildə anadan olan tək yumurta əkizləri doğuşdan sonra analarından alınıb və başqa ailələrə satılıb.

BBC Türkcədə yer alan xəbərə görə, əkizlər indi beyinlərindəki suallara cavab axtarırlar.

Səlahiyyətlilər baş verənlərlə bağlı araşdırmalara başlasa da, hələ də bu hadisələrə görə heç kim məsuliyyətə cəlb edilməyib.

Onları övladlığa götürən iki ailənin heç biri bu qızların əkiz olduğunu bilməyib. Qızları övladlığa götürən ailələr etdiklərinin qanunsuz olduğunu başa düşmədiklərini və xəstəxana işçilərinin işə qarışması ilə etdiklərinin qanuni olduğunu düşündüklərini bildiriblər.

Əkizlər hazırda bioloji analarının onları pul qarşılığında satıb-satmadığı ilə maraqlanırlar.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az