Dəməşqdə ardıcıl şiddətli partlayışlar

17:42 - 29 Yanvar 2024

Dəməşqdə ardıcıl şiddətli partlayışlar

İordaniya-Suriya sərhədində ABŞ hərbi bazasını hədəf alan hücum bölgədə gərginliyi artırarkən, Suriyanın paytaxtı Dəməşqdə Seyyide Zeynep türbəsi yaxınlığında şiddətli partlayışlar baş verib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya mətbuatına danışan şahidlər bölgədə İran İnqilab Keşikçiləri Korpusuna aid bir nöqtənin hədəf alındığını bildiriblər. Hücumlardan sonra Suriya hava sisteminin işə salındığı bildirilib.

Qeyd edək ki,  İran mediası da partlayışlarda 2 nəfərin öldüyünü və yaralananların olduğunu açıqlayıb.

Suriyalı hərbi mənbə İsrailin Colan təpələri istiqamətindən paytaxt Dəməşqin cənubundakı bir neçə nöqtəni hədəfə alaraq “hava hücumu” həyata keçirdiyini bildirib. 

Həmçinin İranın Təsnim xəbər agentliyinin dərc etdiyi xəbərdə İsrailin Suriyada iranlı hərbi müşavirlərin yerləşdiyi mərkəzə hücum təşkil etdiyi bildirilib.

Bildirə ki, İsrail bir müddətdir Suriyada İrana qoşulan qüvvələrə qarşı hücumlar həyata keçirir.

İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasını hədəf alan hücum bölgədə gərginliyi artırıb və ABŞ İranı günahlandırıb. Tehran hücumda hər hansı əli olduğunu təkzib edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az