Çində 2 zəlzələ baş verdi

10:10 - 30 Yanvar 2024

Çində 2 zəlzələ baş verdi

Çində iki zəlzələ qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb.

Yerli vaxtla saat 06:27-də (Bakı vaxtı ilə 02:27 - red.) Qazaxıstanla sərhəd yaxınlığında, Sincan-Uyğur Muxtar Rayonunda 5,7 bal gücündə zəlzələ müşahidə olunub. Yeraltı təkanların episentri Çinin Aksu əyalətindən 125 kilometr qərbdə və Almatıdan 276 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

Pekin vaxtı ilə saat 09:44-də (Bakı vaxtı ilə 05:44 - red.) daha kiçik - 3,9 bal gücündə təkrar zəlzələ baş verib. Hadisə Akçi rayonunda qeydə alınıb. Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az