Bu ölkə abort hüququnu konstitusiya ilə təmin etdi

14:58 - 31 Yanvar 2024

Bu ölkə abort hüququnu konstitusiya ilə təmin etdi

Fransada abortu konstitusiya baxımından təmin edən qanun layihəsinə Milli Assambleyada keçirilən səsvermədə deputatların əksəriyyəti layihəyə “hə” deyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, abort hüququnun “Fransa Konstitusiyası”na daxil edilməsi ilə bağlı tək maddəlik qanun layihəsi “Milli Məclis”də mərkəz və solçu partiyaların səsləri ilə qəbul edilib.

Abort hüququna konstitusiya təminatı verən qanun layihəsi parlamentdə 30 əleyhinə 493 səslə qəbul edilib. Qanun layihəsinin fevralın 28-də parlamentin yuxarı palatası olan senatda müzakirəyə çıxarılacağı gözlənilir.

Digər tərəfdən sağçıların çoxluq təşkil etdiyi senatda qanun layihəsi ilə bağlı danışıqların çətin keçə biləcəyi bildirilir. Milli Assambleyanın təsdiq etdiyi mətnlə bağlı Senatda konsensus əldə olunarsa, qanun layihəsi ilə bağlı yekun səsvermə parlamentin iki palatasının bir araya gəldiyi konqresdə keçiriləcək.

Qanun layihəsi konstitusiyaya dəyişiklik edilməsini nəzərdə tutduğu üçün Konqresdə səsverməyə çıxarılmalıdır. Fransada qadınlar qanuni olaraq hamiləliyin 14-cü həftəsinə qədər abort edə bilərlər. Qanun layihəsi parlamentdən keçərsə, Fransa abort hüququnu konstitusiya ilə təmin edən ilk ölkə olacaq.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az