Əgər uşağınızda varsa, diqqətli olun: “Xərçəngə səbəb ola bilər”

12:53 - 01 Fevral 2024

Əgər uşağınızda varsa, diqqətli olun: “Xərçəngə səbəb ola bilər”

Limfa düyünlərində şişkinlik nəticəsində yaranan xərçənglər son vaxtlar uşaqlar arasında daha çox yayılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ekspert, prof. dr. Barış Malbora valideynləri narahat edən bu vəziyyətlə bağlı təfərrüatları açıqlayıb.

Uşağın sağlamlığını qorumaq və mümkün neqativ halların qarşısını almaq üçün limfa düyünlərinin şişməsi zamanı həkimə müraciət etmək həyati əhəmiyyət kəsb edir.

Limfa düyünlərində şişkinlik ümumi bir vəziyyət olsa da, bəzi hallarda qorxulu xəstəliklərə işarə edə bilər. Xüsusilə uşaqlarda görülən limfa düyünlərinin şişməsi laqeyd edilməməlidir.

İnfeksiya səbəbiylə inkişaf edən şişlik üçün antibiotik müalicəsi tətbiq edilməlidir. Lenfoma və leykemiya kimi xərçəng növləri üçün mütəxəssis hematoloji və onkologiya həkimlərinə müraciət etməkdə fayda var.

Malbora açıqlamasında "Bədənin müxtəlif nöqtələrində yerləşən və yaşlandıqca sayı və funksiyası azalan limfa düyünləri immun sisteminin mühüm döyüşçüləridir. İmmunitet sistemimizin mühüm bir hissəsi olaraq da bilinən limfosit hüceyrələr vəzilərlə boldur. Orqanizmə daxil olan yad mikroorqanizmləri, yad maddələri və şişləri məhv edən limfa düyünləri infeksiya və xərçəngə qarşı son dərəcə vacibdir"deyib.

Həkimin sözlərinə görə, limfa düyünlərinin böyüməsinin səbəbini anlamaq üçün bezlərin ölçüsü, sayı, yeri, tutarlılığı, xəstədə ağrı olub-olmaması, qızdırma, gecə tərləməsi kimi simptomların müşahidə edilib-edilməməsi kimi tapıntıların qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. Düzgün diaqnoz qoymaq üçün xəstənin anamnezi dinlənilməli və xəstə müayinə olunmalıdır.

Barış Malbora qeyd edib ki, badamcıq infeksiyası (tonzillit), qulaq infeksiyası, soyuqdəymə, qrip, sinüzit kimi müxtəlif səbəblərlə meydana gələ bilən limfa şişləri, kabakulak, qızılca kimi daha ciddi xəstəliklərin də əlaməti ola bilər. Limfa şişlərini laqeyd etməmək vacibdir, çünki onlar diş və diş ətinin iltihabı, infeksiyaya səbəb olan mikroorqanizmləri daşıyan heyvanlarla ilkin təmas (pişik cızıqlaması və s.) və hətta leykemiya və limfoma kimi həyati əhəmiyyətli xəstəliklərlə əlaqəli ola bilər. Xüsusilə uşaqlıqda görülən bu xəstəliklərin aşkarlanması üçün həkim rəyindən yararlanmaq son dərəcə vacibdir.

Limfa düyünlərinin ölçüsü ilə yanaşı, infeksiya əlamətləri, qızdırma, kilo itkisi, gecə tərləmələri, anemiya və səpgi kimi simptomlar müşahidə edilə bilər.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az