6 aylıq hamilə olan türkiyəli aktrisa Eda Ece həmkarı, yeni ana olan Aslı Enverdən kurs almağa başladığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Eda Ece bu barədə siması olduğu kosmetika markasının dünən təşkil etdiyi gecəyə qatılarkən deyib.
Aslı Enverdən dəstək aldığını deyən Ece sözlərini belə davam etdirib:
“Hazırda Aslıdan kurs alıram. Biz onunla çox yaxın yaşayırıq. Yoldaşlarımız da dost oldu. Uşağı da çox şirindir. Ondan kurs alıram... Bilən başa başa düşür".
Əfsanə
Manşet.az