İngiltərənin paytaxtı Londonun cənubunda bir nəfər “aşındırıcı kimyəvi maddə” ilə insanlara hücum edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücum nəticəsində ikisi uşaq olmaqla 9 nəfər yaralanıb.
London polisinin verdiyi açıqlamaya görə, hadisəni törədənin şəxsiyyəti hələ müəyyən edilməyib.
Açıqlamada 4 böyük, 1 qadın, 2 uşaq və 3 polis əməkdaşının xəstəxanaya yerləşdirildiyi qeyd edilib.
Polis əməkdaşlarının yüngül xəsarət aldığı bildirilib.
Ölkə mətbuatında yer alan xəbərlərdə yaralananlardan 3-nün hadisə yerinə kömək üçün gedənlər olduğu bildirilib.
London Şəhər Şurasının üzvü Marina Əhməd özünün X sosial media hesabında bir nəfərin yol-nəqliyyat hadisəsi törədən avtomobildə olan insanlara “kislota” atdığını yazıb.
Əfsanə
Manşet.az