İqlim fəalı Greta Trunberq də daxil olmaqla beş nəfər, keçən oktyabrda Enerji Kəşfiyyat Forumunun sənaye liderlərini qəbul etdiyi London otelinin qarşısında etdiyi etiraza görə Londonda hakim qarşısına çıxır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tunberq “ictimai asayişi pozmaqda” ittiham olunur.
Yaşı 19 ilə 59 arasında olan 5 nəfər, polisin xəbərdarlığına baxmayaraq, yerlərini tərk etmədiyi iddiası ilə İctimai Asayiş Qanunu çərçivəsində mühakimə olunub.
Məhkəmələr münsiflər heyəti olmadan hakim tərəfindən aparılacaq və ən azı iki gün davam edəcəyi gözlənilir.
Günahı sübut olunarsa, onlar maksimum 2500 funt sterlinq cərimələnəcəklər.
Əfsanə
Manşet.az