Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə işgüzar səfərdə olan Niger Respublikasının Baş naziri, iqtisadiyyat və maliyyə naziri Ali Mahamane Lamine Zeineni ilə görüşüb.
Bu barədə Manset.az TRT Haber-ə istinadən xəbər verir.
Görüşdə Türkiyə-Niger münasibətləri müxtəlif aspektlərdə nəzərdən keçirilib və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə edilib.
Görüş zamanı həmçinin aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılıb.
Qəbulda xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər də iştirak ediblər.
Qapalı ziyafətdən sonra prezident Ərdoğan və baş nazir Zeynə iş yeməyində bir araya gəlib.
Jalə
Manşet.az