Superstar Ajda Pekkan bir müddətdir əziyyət çəkdiyi çiyin ağrısından 3 gün əvvəl əməliyyat olunub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sağ çiynindən əməliyyat olunan Pekkan 3 həftə fiziki müalicə alacaq.
Daha əvvəl ombasını sındıran Pekkanın çiynində əzələ yırtığı yaranıb. Sənətçi eyni çiynindən daha bir əməliyyat keçirib. Evində dincələn Ajda Pekkan səhhətinin vəziyyəti ilə bağlı hələlik açıqlama verməyib.
Əfsanə Rəcəb
Manşet.az