Keniyanın paytaxtı Nayrobidə qaz doldurma qurğusunda yanğın baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 222 nəfər yaralanıb.
Hökumət sözçüsü İsaak Mvaura izah edib ki, tankerdə sürətlə alov topuna çevrilən yanğın qısa zamanda qaz doldurma qurğusuna və ətrafdakı evlərə və binalara yayılıb.
Onlarla ev və maşın yararsız hala düşüb.
Əfsanə Rəcəb