2 noyabr 2020-ci il tarixində Çinin Çonqinq şəhərində qeyri-qanuni münasibətdə olduğu qadın ilə əlbir olub 2 yaşlı qızını və 1 yaşlı oğlunu 15-ci mərtəbədən ataraq öldürən atanın cəzası məlum olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məhkəmə prosesinin ardından ikili "qəsdən adam öldürmə" ittihamı ilə edam cəzasına məhkum edilib.
Beləki, Zhang Bo adlı kişinin evli olduğu müddətdə Ye adlı qadın ilə ailə vəziyyəti barədə məlumat vermədən “uyğun olmayan” münasibət qurduğu, lakin Ye-nin vəziyyəti öyrəndikdən sonra münasibətini kəsmədiyi bildirilib. Çinli kişi 2020-ci ilin fevralında həyat yoldaşından boşandıqdan sonra Ye iki uşağı cütlüyün evliliyinə “ən böyük maneə” kimi görüb və dəfələrlə Zhangi uşaqları öldürməklə hədələyib.
Qeyd olunub ki, 2020-ci il noyabrın 2-də cütlük iki uşağı Zhangın 15-ci mərtəbədəki evinin pəncərəsindən ataraq öldürüb və hadisəni “qəza kimi” göstərməyə çalışıb.
İkiliyə verilən edam cəzasının ötən yanvarın 31-də Chongqing 5 saylı Ara Xalq Məhkəməsi tərəfindən icra edildiyi açıqlanıb. Uşaqların anası Çen Meilin verdiyi açıqlamada "3 ildən artıqdır ki, ailəmizə işgəncə verən kabus nəhayət sona çatdı" deyib. Edam xəbəri sosial şəbəkələrdə ən çox müzakirə edilib və ölüm hökmünü dəstəkləyən yazılar olub. Edam üsulu ilə bağlı heç bir məlumat verilməsə də, ölkədə daha çox öldürücü iynə və ya güllələnmə üsulundan istifadə edilir.
Əfsanə Rəcəb
Manşet.az