Malayziya Əfv Şurası korrupsiyada təqsirli bilinən keçmiş baş nazir Najib Razakın 12 illik həbs cəzasını yarıya endirib və cəriməni xeyli azaldıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, keçmiş nazir 2028-ci il avqustun 23-də azadlığa çıxacaq.
Qeyd edək ki, Razak qurduğu fond vasitəsilə korrupsiya yolu ilə təxminən 9,5 milyard dollar oğurlamaqda ittiham olunurdu.
İdarə heyəti Nəcibin krallıq əfv ərizəsinə baxılması üçün ölkənin o vaxtkı kralı Sultan Abdulla Sultan Əhməd Şahın sədrliyi ilə keçirilən iclasda endirimi təsdiqlədiyini bildirib.
Əfsanə Rəcəb
Manşet.az