Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə məlumatı Kremlin sözçüsü Dmitri Peskov verib.
Bildirib ki, səfər zamanı Moskva ilə Ankara arasında iqtisadi və ticari əlaqələr, Ukrayna da daxil olmaqla regional məsələlər müzakirə olunacaq.
Peskov ABŞ və İngiltərəyə istinad edərək, “anqlosakslar”ın Türkiyəni Rusiya ilə münasibətləri ilə bağlı təzyiq altında saxladığını, lakin Türkiyənin bu məsələdə müstəqil fəaliyyət göstərdiyini qeyd edib.
Peskov Putinin səfərinin dəqiq tarixi ilə bağlı açıqlama verməyib.
Əfsanə Rəcəb
Manşet.az