Almaniyadan ABŞ-a uçan təyyarədən gözlənilməz vəziyyət

18:05 - 02 Fevral 2024

Almaniyadan ABŞ-a uçan təyyarədən gözlənilməz vəziyyət

Yanvarın 31-də Frankfurtdan (Almaniya) Hyustona (ABŞ) uçan təyyarədə gözlənilməz vəziyyət yaranıb.

 

Manset.az xəbər verir ki,  "Aero Inside” portalının yazdığı məlumata görə, Almaniyanın Lufthansa aviaşirkətinin göyərtəsində sərnişinləri olan təyyarənin uçuş zamanı mühərrikində nasazlıq yaranıb.

Qeyd olunur ki, təyyarənin mühərriklərindən biri Brest (Fransa) üzərində səmada işləməyib.  Sərnişinlərin sözlərinə görə, təyyarə yüksək səslər çıxarmağa və güclü titrəməyə başlayıb.

Nəticədə pilotlar uçuşun başlanmasından təxminən üç saat sonra uçuş hava limanına qayıtmalı olublar.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az