Ermənistanın müdafiə naziri: “Heç bir ərazi iddiamız yoxdur”

11:35 - 03 Fevral 2024

Ermənistanın müdafiə naziri: “Heç bir ərazi iddiamız yoxdur”

Ermənistan Respublikasının heç bir ölkədən ərazi iddiası yoxdur.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan İctimai TV-nin efirində bildirib.

“Ermənistan Respublikasının heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Silahlı qüvvələrimizin məqsədi və missiyası Ermənistan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. Bu, ordumuzun təməlində dayanan konsepsiyadır”, - deyən Papikyan ordunun missiyasına öz yanaşmasını dilə gətirib və mahiyyətcə dünən baş nazir Nikol Paşinyanın İctimai radioda söylədiyi fikri təkrarlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az