İraqda milli matəm elan edildi

20:16 - 03 Fevral 2024

İraqda milli matəm elan edildi

İraqda ABŞ hərbi hava qüvvələrinin hücumları nəticəsində həlak olanlar üçün milli matəm elan edilib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd əl-Sudaninin fərmanında bildirilib.

"Bu gün Ənbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilib", - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ-ın bombardmanı nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az