Ermənistanda həbsdəki əcnəbilər arasında bu ölkənin vətəndaşları üstünlük təşkil edir

15:11 - 04 Fevral 2024

Ermənistanda həbsdəki əcnəbilər arasında bu ölkənin vətəndaşları üstünlük təşkil edir

Ermənistanda həbsdə olan əcnəbilərin sayı açıqlanıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İcra Xidməti məlumat yayıb.

Ermənistanda ümumilikdə 199 əcnəbi həbsdədir. Ermənistanda ən çox vətəndaşı həbsdə olan ölkə İrandır. İranın 59 vətəndaşı Ermənistanda həbs olunub. İkinci yerdə isə 38 vətəndaşı həbs edilən Rusiya gəlir. Ermənistanda 14 vətəndaşı həbs olunan Gürcüstan bu siyahıda üçüncü yerdə qərarlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az