285 illik limon hərracda satıldı - FOTO

00:22 - 05 Fevral 2024

285 illik limon hərracda satıldı - FOTO

Britaniyanın "Brettells" hərrac evində 285 illik limon satılıb.

 

Manset.az  axşam.az-a istinadən bildirir ki, xarab olan meyvə anonim alıcıya 1780 dollara başa gəlib.

Limon uzun illər 19-cu əsrə aid olan şkafda qalıb. Sitrus bitkisi mebelə baxış zamanı çəkməcələrdən birində aşkar olunub.

Limonun üzərində isə P.Lou Françini tərəfindən 1739-cu il noyabrın 4-də Miss Baxsterə verildiyi haqda yazı olub.

Hərrac evinin rəhbəri David Brettell qeyd edib ki, meyvənin tam qurumasına baxmayaraq, gözlənilmədən 285 il ərzində yaxşı qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az