Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri çərçivəsində müzakirə olunacaq məsələlər açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “A Haber” telekanalının efirində bildirib.
"Prezidentlərimiz mütəmadi olaraq ünsiyyət qurur. Planlaşdırılan səfər zamanı qaz sektorunda əməkdaşlıq, enerji, Akkuyu AES-in tikintisi, hər zaman gündəmdə olan taxıl dəhlizi, Ukraynada nizamlanma məsələləri, xüsusilə Qəzza və Suriyadakı vəziyyətin müzakirəsi planlaşdırılır”,- XİN rəhbəri qeyd edib.