Argentinanın yeni prezidenti Xavyer Mileyin konstitusiya ilə bağlı Konqreslə məsləhətləşmədən qərar vermə səlahiyyətini ona verməyi hədəfləyən qanun layihəsi ölkə daxilində etirazlara səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, minlərlə insan Mileyin iqtisadi islahat təklifinə etiraz edərək paytaxt Buenos Ayresdə meydanlara axışıb. Mübahisəli əsasnamə dövlət qurumlarının özəlləşdirilməsini nəzərdə tutur.
Polis Mileyi diktator olmaqda ittiham edən nümayişçilərə müdaxilə edib.
Beləki, Miley inflyasiyanın 200 faiz olduğu bir ölkədə son onilliklərin ən pis iqtisadi böhranına qarşı liberal siyasətlər təklif edir. Keçən dekabrda keçirilən seçkilərlə hakimiyyətə gələn Miley dövlət nəzarətini azaldacağını vəd edib. Mileyin hakim koalisiyası Konqresin hər iki palatasında azlıq təşkil edir. Bu şərtlər daxilində paket Konqresin aşağı palatasından keçərsə, gələn həftə Senatda müzakirəyə çıxarılacaq.
Əfsanə Rəcəb
Manşet.az