Cümə günü uşaqlıq boynu xərçəngindən dünyasını dəyişdiyi açıqlanan Hindistanın ən məşhur aktrisalarından biri Poonam Pandeyin ölmədiyi məlum olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bollivud ulduzu Pandey xəstəlik haqqında məlumatlılığı artırmaq üçün yalan danışdığını açıqlayıb.
Cümə günü Pandeyin meneceri onun ölümünü 1,3 milyon izləyicisi olan sosial media hesabından pərəstişkarına elan edib.
Bir çox pərəstişkarı Pandeyin ölümündən şoka düşüb. Lakin bir gün sonra meydana çıxan aktrisa ölümü ilə bağlı yalan danışdığını və məqsədinin bu xəstəliklə bağlı maarifləndirmək olduğunu bildirib. Pandey pərəstişkarlarından üzr istəyib və yalana görə peşman olmadığını, əksinə qürurlu olduğunu qeyd edib.
Əfsanə Rəcəb
Manşet.az