“Ərdoğan Partiyası” Almaniyada kampaniya üzünü seçdi

11:47 - 05 Fevral 2024

“Ərdoğan Partiyası” Almaniyada kampaniya üzünü seçdi

Almaniya ictimaiyyəti tərəfindən “Ərdoğanın Almaniya şöbəsi” kimi qiymətləndirilən DAVA Partiyasının kampaniya siması olaraq Məsut Özili seçdiyi iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, partiya seçkilərə qatılmaq üçün martın 18-dək 4000 imza toplamalıdır.

Bu səbəbdən də partiya imzanı daha asan toplamaq üçün Özilin dəstəyini istəyir. DAVA Partiyası da sözügedən məlumatları təsdiqləyib və sabiq futbolçu ilə görüşdüklərini açıqlayıb.

Qeyd edək ki, orada Almaniya vətəndaşı olan 2,5 milyon insanın səsvermə hüququ var. Almaniya mediası isə DAVA Partiyasının 5 milyon seçici kütləsi yığa biləcəyini proqnozlaşdırır. Həmçinin, sözügedən partiyanın qurucularının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da münasibətlərinin yaxşı olduğu bildirilir.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az