NATO-dan Rusiya ilə bağlı diqqətçəkən AÇIQLAMA

12:10 - 05 Fevral 2024

NATO-dan Rusiya ilə bağlı diqqətçəkən AÇIQLAMA

NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın ARD televiziyasına NATO-nun gələcək perspektivi ilə bağlı qiymətləndirmələr edib.

 

Manset.az-ın xarici mediaya istinadən xəbər verir ki, Stoltenberq “Rusiya Ukrayna müharibəsində qalib gələrsə, NATO üzvü olan ölkəyə hücum edəcək” iddialarına “Yaxın gələcəkdə NATO müttəfiqi üçün hərbi təhlükə hiss etmirik” deyib.

Stoltenberq NATO-nun son dövrlərdə əhəmiyyətli dərəcədə gücləndiyini bildirib:

“Təbii ki, sülh öz-özünə yaranmır. Bu, qaçılmaz təhlükə olmasa da, müdafiəmizə əhəmiyyətli sərmayələr qoymuşuq. Biz silahlı qüvvələrimizin hazırlıq səviyyəsini və gücünü artırmışıq. Tarixdə ilk dəfə olaraq biz döyüş bölməsini yenidən təşkil etdik. Bu, NATO-nun bir nəsildə ən böyük güclənməsidir”.

Stoltenberq, NATO 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaqından sonra ortaya çıxan yeni reallığın fərqinə varıb və ona uyğunlaşdığını” qeyd edib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az