Pakistanda polis məntəqəsinə silahlı və bombalı hücum: 10 polis həlak oldu

12:58 - 05 Fevral 2024

Pakistanda polis məntəqəsinə silahlı və bombalı hücum: 10 polis həlak oldu

Fevralın 8-də keçiriləcək ümumi seçkilərə hazırlaşan Pakistanın Hayber Paxtunxva əyalətində polis məntəqəsinə silahlı və bombalı hücum nəticəsində 10 polis məmuru həyatını itirib, 6 polis əməkdaşı yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yerli vaxtla saat 03:00 radələrində aralarında snayperlərin də olduğu hadisədən sonra hücum edənlərin qaçmağı bacardıqları bildirilib.

Polis ərazidəki yolları nəqliyyatın hərəkəti üçün bağlayıb və hadisə yerini mühasirəyə alıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Yanvarın 30-da Bəlucistan əyalətində keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) seçki karvanına hücum nəticəsində 4 nəfər həyatını itirib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az