İngiltərədə polis gecələr gizli çəkiliş edənlərlə bağlı hərəkətə keçdi

13:48 - 05 Fevral 2024

İngiltərədə polis gecələr gizli çəkiliş edənlərlə bağlı hərəkətə keçdi

İngiltərədə gecə məclisindən sərxoş halda çıxan gənc qadınların görüntülərini gizli şəkildə lentə alaraq sosial şəbəkədə paylaşanlarla bağlı polis hərəkətə keçib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, X sosial media platformasında britaniyalı qadınların görüntüləri müxtəlif dillərə tərcümə olunaraq sürətlə yayılmağa başlayıb.

Görüntülərdə sərxoş vəziyyətdə olan qadınların hədəf alındığı düşünülsə də, videolarda gecə gəzintisində dostları ilə küçədə gəzən qadınların görüntüləri də var.

İngiltərə polisi gecə saatlarında işləyən bütün məmurları mini ətəkli və sinəsi açıq qadınların fotoşəkillərini çəkənlərlə bağlı hər növbədən əvvəl məlumatlandırır.

Rəsmilər, "Polis əməkdaşlarının hamısı bundan xəbərdardır və aktiv olaraq çəkiliş edən şəxsləri axtarırlar” – deyə bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az