Məşhur aparıcı onu təhdid edən fanatı ilə bağlı: “Məni dağa aparacağı ilə hədələyir”

14:10 - 05 Fevral 2024

Məşhur aparıcı onu təhdid edən fanatı ilə bağlı: “Məni dağa aparacağı ilə hədələyir”

Türkiyəli məşhur aparıcı Ece Erken daha əvvəl onu və mərhum həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunu təhdid edən fanatı Erdal Çınarın yenidən ortaya çıxdığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ece Erken sosial şəbəkədəki paylaşımında Çınarın ruhi xəstəxanadan çıxdığını bildirib.

Məşhur aparıcı sosial media hesabında Çınarın şəkillərini paylaşaraq, "Bu adam necə qapımın ağzına gələ bilər? Niyə hələ də azadlıqdadı? Erdal Çınar məni dağa aparacağı ilə hədələyir. Niyə ona şizofreniya diaqnozu qoyulub və müalicə olunmur?” deyə üsyan edib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az