Qazaxıstanda hökumət istefa verdi

14:42 - 05 Fevral 2024

Qazaxıstanda hökumət istefa verdi

Qazaxıstanda 2023-cü il martın 19-da keçirilən seçkilərdən sonra baş nazir Əlihan İsmayılovun rəhbərlik etdiyi hökumət istefa verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qazaxıstan Prezidenti Kasım Jomert Tokayev hökumətin istefası ilə bağlı qərarı imzalayıb.

Hökumətdə baş nazirin birinci müavini olan Roman Sklyar müvəqqəti baş nazir vəzifəsini icra edib.

Keçmiş hökumət üzvləri yenisi təsdiq olunana qədər öz vəzifələrini davam etdirəcəklər.

Hökumətin istefası ilə bağlı məlumat paylaşılmasa da, sabah prezident Tokayevin sədrliyi ilə hökumətin genişləndirilmiş iclasının keçirilməsi planlaşdırılır.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az