Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell açıqlayıb ki, Qırmızı dənizdəki ticarət yük gəmilərini рusilərin raket hücumlarından qorumaq üçün təyin edilmiş dəniz missiyası fevralın ortalarında işə başlayacaq.
Manset.az xəbər verir ki, bu missiyada Aİ üzvlərindən olan İtaliyanın da iştirak edəcəyi gözlənilir.
İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib ki, Aİ İtaliyadan Qırmızı dənizdəki "Aspides" əməliyyatını öz üzərinə götürməsini istəyib.
“La Repubblica” qəzetinə müsahibə verən "Ənsarullah" hərəkatının liderlərindən Məhəmməd Əli əl-Husi isə deyib ki, İtaliya İsrail-Fələstin münaqişəsində bitərəf qalmalı və Qəzzaya hücumların dayandırılması üçün İsrailə təzyiq göstərməlidir.
Əl-Husi əlavə edib ki, bu, regionda sülhü təmin etməyin yeganə yoludur. Əks təqdirdə İtaliya husilərin hədəfinə çevriləcək.