Qəzzada ölənlərin sayı artdı

19:00 - 05 Fevral 2024

Qəzzada ölənlərin sayı artdı

Oktyabrın 7-dən blokadada olan Qəzza zolağına edilən hücumlarda həlak olan fələstinlilərin sayı son 24 saatda 113 nəfər artaraq 27 min 478-ə çatıb.

 

Manset.az xəbər verir ki,  bu məlumatı Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra İsrailin Qəzza zolağında 122 gündür davam edən hücumları ilə bağlı məlumat verib. 

O, bildirib ki, bu gün 205 fələstinli isə yaralanıb.

Məlumatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi bildirilib.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az