Klubun baş məşqçisi zəlzələdə həyatını itirən futbolçu haqqında duyğulu paylaşım etdi

12:54 - 06 Fevral 2024

Klubun baş məşqçisi zəlzələdə həyatını itirən futbolçu haqqında duyğulu paylaşım etdi

"Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl 1 il əvvəl zəlzələ fəlakətində həyatını itirən futbolçusu Kristian Atsunun xatirəsinə duyğulu paylaşım edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Dəmirəl Atsunun vurduğu son qolu paylaşıb.

Baş məşqçi paylaşımında "Atsunun vurduğu bu qol ondan aldığımız son hədiyyədir. Zəlzələdən az əvvəl gələn bu qol saf sevinc və ümidi simvolizə edir. Amma ardınca baş verən zəlzələ Atsuyu, Taner müəllimimizi və bir çox əzizlərimizi əlimizdən aldı. İndi onların aramızdan ayrılmasından, Hatayın və 10 vilayətimizin üzləşdiyi böyük itkidən bir il ötür. Böyük sevgi və mərhəmətlə anırıq” ifadələrini işlədib.

Qeyd edək ki, 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraşda və 11 vilayətdə baş verən 7,7-7,5 bal gücündə zəlzələlər böyük dağıntılara səbəb olub.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az