Eskobardan qalan saatlı bomba

15:08 - 06 Fevral 2024

Eskobardan qalan saatlı bomba

Dövrün ən böyük narkobaronu Pablo Eskobarın 1980-ci illərdə Kolumbiyaya gətirdiyi 4 begemot indi ekosistemi təhdid edən bir sürüyə çevrilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sayı 169-a çatan və “ekoloji saatlı bomba” kimi tanınan heyvanlara qarşı hökumət rəsmi proqrama başlayıb.

Beləki, 1980-ci illərdə Eskobar narkotikdən əldə etdiyi sərvətdən Kolumbiyanın Hacienda Napoles şəhərində öz zooparkını yaratmaq üçün istifadə edib. ABŞ Dallasdakı zooparkdan 2 milyon dollara 3-ü dişi olmaqla 4 begemot daxil olmaqla 1900 ekzotik və vəhşi heyvan alıb. Heyvanların bəziləri Eskobarın ölümündən sonra zooparklara köçürülüb, lakin bəziləri qaçıb. Qaçanlar arasında begemotlar da vardı. Son 30 ildə dörd begemotun sayı artaraq 169-a çatıb.

Bölgədə təbii ovçuları olmayan və insanlara hücum etməyə başlayan begemotlar sürətlə çoxalmağa davam edir. Onların sayının 2035-ci ilə qədər minə çatacağı təxmin edilir. Bu səbəbdən onlar ölkədə “işğalçı növ” hesab edildilər. Ekologiya Nazirliyi noyabr ayında ekosistemə təhlükə yaradan begemotların populyasiyasına nəzarət etmək planını açıqlamışdı. Plana ildə 40 begemotun sterilizasiyası, bəzilərinin başqa ölkələrə daşınması və bəzilərinin məhv edilməsi daxildir. Ancaq hər biri 9 min 800 dollara başa gələn sterilizasiya əməliyyatının ölkə iqtisadiyyatına ciddi yük qoyacağı təxmin edilir.

Əfsanə Rəcəb

Manşet.az

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az