Rusiyanın Leninqrad vilayətinin Toksovo şəhərində baş verən hadisədə 25 yaşlı qadın müəllim Anna Plaksyuk 11 yaşlı şagirdini sinif otağına bağlayaraq ona cinsi zorakılıq etdiyi səbəbilə həbs edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şagirdinin cinsi bölgələrinə zorla toxunan Annaya 20 ilə qədər həbs cəzası istənilir. Annanın şagirdi ilə SMS vasitəsilə əlaqə saxlamağa çalışdığı və 11 yaşlı oğlana çılpaq fotolar göndərdiyi müəyyən edilib.
Mesajları görən şagirdin anası vəziyyəti məktəb rəhbərliyinə və polisə çatdırıb.
Hadisənin üstü açıldıqdan sonra həbs edilən Annanın vəkili ölkədə uşaqlara qarşı törədilən cinayətlərin ağır cəzalarla cəzalandırıldığını bildirib.
Əfsanə Rəcəb
Manşet.az