Yaponiyada keçirilən gözəllik yarışmasında iki həftə əvvəl qalib gələn 26 yaşlı Ukrayna əsilli Karolina Şiino bir qəzetin evli həkimlə münasibətini üzə çıxarmasından sonra tacını qaytarıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şiino mənşəyinə görə də ictimai mübahisələrə səbəb olub.
İnsanlar onun ənənəvi Yapon gözəllik ideallarını təmsil etmədiyini qeyd edib.
Dərc olunan xəbərlərlə bağlı sözügedən kişi heç bir şərh verməyib. Müsabiqənin təşkilatçıları ilkin açıqlamalarında Şiinonun evli bir kişi ilə münasibət qurmasından xəbərsiz olduqlarını bildiriblər.
Əfsanə Rəcəb
Manşet.az