Türkiyəli müğənni və aktyor Mahsun Kırmızıgül ssenari müəllifi və rejissorluğunu etdiyi, 120 milyon TL sərmayə qoyduğu “Prestij Meselesi” filmi ümumi kassa 100 min nəfəri keçmədiyi üçün ziyanla üzləşib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, maliyyə itkisi yaşayan Kırmızıgül bu səbəbdən səhnəyə qayıdıb.
Filmdə Engin Hepileri, Eser Yenenler, Aslıhan Güner, Biran Damla Yılmaz, Nursel Köse, Şebnem Bozoklu, Melisa Döngel, Ali Sürmeli, Erkan Petekkaya, Defne Samyeli, Celil Nalçakan, Zafer Ergin və Erdal Özya yer aldığı “Prestij Meselesi” filmi 3 fevral 2023-cü ildə nümayiş olunub.
Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra kinoteatrlardan yığışdırılan film iyunun 2-də yenidən tamaşaçılarla görüşüb. Lakin yetərli maraqla qarşılanmayıb.
Əfsanə Rəcəb
Manşet.az