Bayden 1996-cı ildə ölən şəxslə görüşdüyünü açıqladı

17:53 - 06 Fevral 2024

Bayden 1996-cı ildə ölən şəxslə görüşdüyünü açıqladı

ABŞ prezidenti Co Bayden 28 il əvvəl dünyasını dəyişən keçmiş Fransa prezidenti Fransua Mitteranla Emmanuel Makronu səhv salıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden Las-Veqasdakı seçki kampaniyası nitqində G7 toplantısında iştirakına toxunarkən Makronla xatirəsindən danışıb.

Bu zaman o səhvə yol verərək 1996-cı ildə dünyasını dəyişən Mitterandın adını çəkib.

Bayden “Almaniyadan, üzr istəyirəm Fransadan Mitterand mənə baxdı və nə vaxta qədər buradasan deyə soruşdu?” deyib.

Ağ Ev də Baydenin dil səhvini “Makron” olaraq düzəldərək dərc edib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az