Bakıda 51 yaşlı kişi qətlə yetirildi

09:45 - 04 Avqust 2024

Bakıda 51 yaşlı kişi qətlə yetirildi

Avqustun 4-də saat 01:00 radələrində paytaxtın Nəriman rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Belə ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az