Goranboyda binanın döşəməsi çökdü - Xəsarət alanlar var

09:41 - 23 Noyabr 2025

Goranboyda binanın döşəməsi çökdü - Xəsarət alanlar var

Goranboyda yaşayış binasının döşəməsi çöküb.


Manset.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

Sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsinin anidən çökdüyü bildirilir.

Çökmə nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az