Gəncədə xəstəxanada ölüm hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, ölüm Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Zülfüqar Məmmədov adına xəstəxanada qeydə alınıb.
Belə ki, bu gün sərxoş halda olan ortayaşlı kişi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Şəxsə göstərilən tibbi yardımlara baxmayaraq, o vəfat edib.
İlkin məlumata əsasən, dünyasını dəyişən şəxs içki aludəçisi olub.
Onun kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.