Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Turan qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə sakini Aslan Ağaverdiyev idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1954-cü il təvəllüdlü Silom Süleymanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.