Ağdərədə minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB

19:21 - 03 Dekabr 2025

Ağdərədə minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB

Ağdərə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.


Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs saat 17:10 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.

Partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağırdır.

***

18:32

Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina hadisəsi baş verib.


Manset.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilir ki, 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az